Home > Author > Xəlil Rza Ulutürk
1 " Dağlardan atlanır köhlən şəlalə,Şəlalə - dağların mərd övladıdır.İldırım - buludun,Tufan - dənizin,Cəsarət - kişinin istedadıdır. "
― Xəlil Rza Ulutürk , Şeirlərdən seçmələr
2 " Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,Qolumdakı zəncirləri qıram gərəkQIRAM! QIRAM!Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,İstəyirəm SƏMA kimi!GÜNƏŞ kimi! CAHAN kimi!Çəkil,Çəkil, ey qəsbkar!Mən bu əsrin gur səsiyəm;Gərək deyil sısqa bulaq!Mən ümmanlar təşnəsiyəm! "
3 " İşığımı gözlərimin giləsindən qopardılar.Ərdəbil, Tac-Mahalı karvan-karvan apardılar.Millətlər – övladım, dünya vətənim..Hüdut tanımadım məhəbbətimdəGeri qalmaq kimi yozuldu mənimQonaqsevərliyim, səxavətim də. "
― Xəlil Rza Ulutürk
4 " Gəl ölçək yaşını mədəniyyətin,Ey döşünə döyən qanlı qəsbkar!İnsan ləyaqəti, insan qüdrəti,Tankların, topların nərəsində yox,Şeirin, musiqinin səsində yaşar. "