Home > Author > Xəlil Rza Ulutürk > detail

Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində (kənd indi Neftçala rayonuna daxildir) dünyaya gəlmişdir. 2 saylı Salyan şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etmişdir.


the Works of Xəlil Rza Ulutürk